USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən il CƏB-in profisiti ÜDM-in 6.3%-ni təşkil edib

18.03.2025 Bank
0 0
Ötən il üzrə cari əməliyyatlar hesabının (CƏB) profisiti 4.7 milyard ABŞ dolları və ya ÜDM-in 6.3%-ni təşkil edib (2023-cü il üzrə 8.3 milyard dollar profisit olub).

Məlumata əsasən, neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilə nəzərən (ö.i.n.) 11.9% daralaraq 15.1 milyard dollar olub.

Bundan başqa, qeyri-neft-qazsektoru üzrə CƏB-in kəsiri isə 18.5% artaraq 10.4 milyard dollar məbləğində olub.