Yaponiya Bankı (BoJ) siyasət faizini bazar gözləntilərinə uyğun olaraq dəyişməyərək 0,50 faiz səviyyəsində saxlayıb.
BOJ, pul siyasəti iclasından sonra faiz qərarını açıqlayıb.
Buna görə yekdil qərarla qısamüddətli faiz dərəcəsi dəyişməyərək yüzdə 0,50 səviyyəsində saxlanılıb.
Qərar mətnində Yaponiya iqtisadiyyatının qismən zəifləməsinə baxmayaraq, orta səviyyədə canlanma olduğu, əsas kapitala investisiyaların korporativ mənfəətlərdəki yaxşılaşma ilə artım tendensiyası göstərdiyi ifadə edilib.
Mətndə inflyasiya gözləntilərinin orta səviyyədə artdığı və ölkə iqtisadiyyatının potensial artım sürətinin üzərində bir böyümə performansı göstərməsinin mümkün göründüyü ifadə edildi.
Mətndə maliyyə və valyuta bazarlarında baş verən hadisələrin və onların Yaponiyanın iqtisadi fəaliyyətinə və qiymətlərinə təsirlərinin yaxından izləniləcəyi, xüsusilə də firmaların davranışının son zamanlar əmək haqqı və qiymətlərin artırılmasına doğru dəyişməsi ilə əlaqədar olaraq, valyuta məzənnəsinin qiymətlərə təsir etmə ehtimalının keçmişlə müqayisədə artdığı bildirilirdi.