USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fiziki şəxslərin banklarda manatla əmanətləri artıb, xarici valyuta ilə isə azalıb

08.04.2025 Bank
0 0
Bu ilin martın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 14,8 milyard manat təşkil edib.

Bu barədə Kommersant.az Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, əmanətlərin həcmi cari ilin fevralın 1-nə nisbətən 137,2 milyon manat və ya 0,9%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,6 milyard manat və ya 11,8% artıb.

Bu ilin martın 1-nə fiziki şəxslərin milli valyuta ilə banklarda əmanətlərinin həcmi 9,9 milyard manat, xarici valyuta ilə isə 4,9 milyard manat təşkil edib.

Milli valyuta ilə əmanətlərin həcmi bu ilin fevralın 1-i ilə müqayisədə 151,7 milyon manat və ya 1,5%, illik müqayisədə isə 1,3 milyard manat və ya 15,8% artıb.

Xarici valyuta ilə isə bu göstərici cari fevralın 1-nə olan rəqəmlərə nisbətən 14,5 milyon manat və ya 0,3% azalıb, illik nisbətdə isə 215,4 milyon manat və ya 4,6% artıb.