USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda qiymətli kağızlar portfelinin həcmi 32% artıb - AMB

15.04.2025 Bank
0 0
Ötən il 2023-cü ilin sonu ilə müqayisədə qiymətli kağızlar portfelinin həcmində 32% (2.3 milyard manat) artım müşahidə olunub.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bildirilib ki, qiymətli kağızlar portfelinin ümumi aktivlərdə payı ötən illə müqayisədə 14.4%-dən 17.7%-ə yüksəlib. ABŞ dövlət qiymətli kağızlarına investisiyalar üzrə artım 1.37 milyard manat olub ki, bu da qiymətli kağızlar üzrə ümumi artımın 60%-ni təşkil edir.

"Banklarda xarici valyuta üzrə likvidlik risklərinin idarə olunması məqsədilə Mərkəzi Bank tərəfindən müvafiq LCR əmsalının tətbiqi banklara təşviq etmişdir ki, xarici valyuta olan vəsaitləri yüksək likvidli aktivlərdə saxlasınlar. Eyni zamanda, yüksək faizlər fonunda 2024-cü ildə Maliyyə Nazirliyinin qiymətli kağızlarına investisiyalar ötən illə müqayisədə 31% (1.1 milyard manat) artıb. Belə ki, Mərkəzi Bankın 2024-cü ilin sonuna açıqladığı gəlirlilik əyrisinə əsasən, gəlirlilik əyrisinin bütün müddət seqmentləri üzrə 2023-cü ilin sonu ilə müqayisədə artım qeydə alınıb", - deyə məlumatda qeyd edilib.