USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank daha bir elektron pul təşkilatına lisenziya verib

16.04.2025 Bank
0 0
Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən “Guavapay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib.

Kommersant.az bu barədə AMB-ə istinadən xəbər verir.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 09 aprel 2025-ci il tarixli Qərarı ilə “Guavapay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verilib”, - deyə məlumatda qeyd edilib.