USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ziraat Bankdan rekord sindikasiya

24.04.2025 Bank
0 0
Xarici ticarətə və davamlı maliyyələşdirməyə dəstək Ziraat Bankı tərəfindən indiyə qədər verilmiş ən böyük davamlılıq temalı sindikatlaşdırılmış kreditlə təmin edilmişdir.

Ziraat Bankı 1,75 milyard ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit təmin edərək, bu günə qədər Türkiyədə bir bank tərəfindən bir əməliyyatda verilən ən yüksək məbləğ və davamlılıq mövzusunda ən geniş iştirak temalı sindikatlaşdırılmış kredit olmuşdur.

29 ölkədən 69 bank iştirak edib
Ziraat Bankından verilən məlumata görə, əməliyyat çərçivəsində Banka 850 milyon ABŞ dolları və 789 milyon avro olmaqla iki tranşda maliyyə ayrılıb. Ötən ilin sindikatlaşdırılmış krediti 104 faiz yenilənib. Əməliyyatda 29 ölkədən 69 bank iştirak edib.

“İqtisadiyyata birbaşa töhfə verəcək”

Alpaslan Çakar, sindikatlaşdırılmış kredit faizlərində keçən ilin eyni dövrü ilə müqayisədə 90 baz bənd azalma olduğunu qeyd edərək, "Kreditimizə 8 ölkədən 11 yeni bankın qatıldığını görürük. Kreditdən verilən qaynaqlar davamlı kənd təsərrüfatı layihələrinə və real sektor investisiyalarına, xüsusilə də xarici ticarətin maliyyələşdirilməsinə yönəldiləcək və iqtisadiyyata birbaşa töhfə verəcək" dedi.

“Biz xarici ticarətdə bazar payımızı artırmağı hədəfləyirik”

Çakar, bu ilki əməliyyat üçün performans meyarlarını 'davamlı kənd təsərrüfatının maliyyələşdirilməsi' və 'aşağı karbon iqtisadiyyatına keçidə töhfə' olaraq təyin etdiklərini ifadə edərək, "Gələcək dövrdə məsuliyyətli bankçılıq yanaşmamızı davam etdirərək, xarici ticarətdə bazar payımızı və qaynaq müxtəlifliyini artırmağı hədəfləyirik" fikirlərini bildirib.