Almaniya Mərkəzi Bankı (Bundesbank) ABŞ prezidenti Donald Trampın gözlənilməz gömrük vergisi siyasətinin təsiri ilə Almaniya iqtisadiyyatının ilin ikinci rübündə geriləməsinin gözləndiyini açıqlayıb.
Bundesbankın aprel ayı üzrə iqtisadi hesabatı dərc olunub.
Hesabatda Almaniyanın Ümumi Daxili Məhsulunun (ÜDM) 2025-ci ilin birinci rübündə bir qədər artmış ola biləcəyi, ikinci rübdə isə azala biləcəyi qeyd edilib.
İlin əvvəlində sənaye istehsalında cüzi canlanmanın yəqin ki, “müvəqqəti” olacağına işarə edən hesabatda, ABŞ hökumətinin gömrük rüsumları ilə bağlı açıqlamaları səbəbiylə sifarişlərin ilin ilk aylarına götürülməsinin söz mövzusu canlanmada təsirli olduğu ifadə edilib.
Bundesbank hesabatında ABŞ prezidenti Donald Trampın gözlənilməz tarif siyasətinin Almaniyanın ixrac sektorunu daha da gərginləşdirə biləcəyinə diqqət çəkilərək, əlavə edilib: "ABŞ hökumətinin tarif siyasətini nəzərə alsaq, Almaniyanın ixracı və sənayesi ilə bağlı proqnozlar qaranlıq olaraq qalır. Bugünkü perspektivdən ÜDM-in ikinci rübdə yenidən düşəcəyi gözlənilir" bəyanatlar daxil edilib.
Hesabatda Almaniyanın əmək bazarındakı gərgin vəziyyətin istehlakçı inamına mənfi təsir göstərdiyi, müdafiə və infrastruktur üçün keçən ay Bundestaq tərəfindən təsdiqlənən çox milyard avroluq paketin yalnız gecikmə ilə iqtisadiyyata müsbət təsir göstərəcəyi qeyd edilib.