Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 48 145 nəfər və yaxud 0,8% artaraq bu il iyulun 1-nə 6 069 436 nəfər təşkil edib.
"Kommersant.az" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, müştərilərin 5 974 156 nəfəri fiziki, 95 280 nəfəri hüquqi şəxslərdir. iyunda fiziki şəxslərin sayında 47 070 nəfər və yaxud 0,8%, hüquqi şəxslərin sayında isə 1 075 nəfər və yaxud 1,1% artım qeydə alınıb.
Ayrıca bu müddətdə bank müştərisi olan fərdi sahibkarların sayında da artım olub. Belə ki, bu kateqoriyadan olanların sayı 2 272 nəfər və yaxud 0,9% artaraq 247 235 nəfərə çatıb.
Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə bank müştərilərinin sayında 297 396 nəfər və ya 5,2% artıb.