USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hərraclarda dollar satışı artıb - AÇIQLAMA

06.08.2018 Bank
0 0
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin iyul ayı ərzində 536,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin iyun ayı ərzində 439 milyon ABŞ dolları məbləğində vəsait satmışdı. Beləliklə, valyuta satışı aylıq müqayisədə 22% artıb.

Aprel ayı ərzində 802,6 milyon, May ayında 422,7 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

2018-ci ilin 7 ayı ərzində isə ARDNF tərəfindən satılmış valyutanın həcmi 3 milyard 511,1 milyon ABŞ dolları təşkil edir.

(c) Marja