USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BOKT-ın istiqrazlardan heç biri yerləşdirilməyib

07.08.2018 Bank
0 0
“TBC Kredit” bank olmayan kredit təşkilatı (BOKT) tərəfindən buraxılmış və 18 yanvar 2017-ci il tarixində dövlət qeydiyyatına alınmış 1 milyon manatlıq istiqrazlarından heç biri yerləşdirilməmişdir.

Kommersant.az” xəbər verir ki, Milli Depozit Mərkəzindən “TBC Kredit” BOKT MMC-yə göndərilmiş məktubda qeyd edilir ki, hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd sənədsiz adlı , təmin edilməmiş istiqrazlardan heç biri yerləşdirilməmişdir.

Qiymətli kağızlar dövriyyədən çıxarılmışdır.

Yerləşdirmənin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC idi.

Qeyd edək ki, bir müddət əvvəl “TBC Kredit”in “Nikoyl Bank”a birləşəcəyi elan edilib.90-a yaxın işçisi olan "TBC Kredit" 2017-ci ilin 1 milyon 188 min manat xalis mənfəətlə başa vurmuşdu.

(c) Marja