"Ağaoğlu" Şirkətlər Qrupunun Bodrumda 12 milyon kvadratmetrlik sahədə həyata keçirməyi planlaşdırdığı "Yay-qış yaşayış layihəsi" təqdimatında danışan Ali Ağaoğlu, şirkətinə qarşı böhran iddiaları ilə bağlı danışıb.
"Kommersant.az" xəbər veri ki, son dövrdə daşınmaz əmlak sektoru ilə bağlı çox spekulyasiya olduğunu bildirən Ali Ağaoğlu, xəbərlərin qərəzli şəkildə yayıldığını deyib.
1981-ci ildən bu yana hər böhrandan daha güclü çıxdığını qeyd edən məşhur iş adamı, haqqında çıxan xəbərlərlə bağlı bu fikirlər söyləyib:
"Sosial mediadakı trol hesablarda "Ağaoğlu batır" xəbərlərinə rast gəlirəm. Mən bu cür xəbərləri heç ciddi qəbul etmitəm. "Ağaoğlu" Şirkətlər Qrupu olaraq kapital baxımından Türkiyənin ən güclü və köklü şirkətlərindən biriyik. Əslində bu cür xəbərlərin nə üçün yayıldığını da bilirəm. Ağaoğlu, daşınmaz əmlakın lider markasıdır. Bizimlə bağlı çıxarılan bu cür xəbərlər ilə sektora zərər vermək məqsədi güdülür. "Maslak 1453" layihəmizdə satılacaq mənzilimiz qalmadı. "Çekmeköy" layihəmizdə isə proqnozumuz üzərində tələb gördük. Layihənin tikintisi davam edir. Mənzillərin yarısından çoxu satılıb. Türkiyənin ən strateji layihələrindən olan Beynəlxalq Maliyyə Mərkəzi layihəsini biz götürmüşük. İndi isə Bodrumda 12 milyon kvadratmetrlik sahədə Avropanın ən böyük yaşayış layihəsini həyata keçiririk. Belə mühüm işlərə imza atan bir marka olaraq yaradılmaq istənilənmənfi hissi təbii qarşılayıram".