USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bağlanmış bankların yeni əmlakları satışa çıxarıldı

08.08.2018 Bank
0 0
Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, “Atrabank” ASC, “Kredobank” ASC, “Bank of Azərbaycan” ASC, “Royalbank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı 29 lot üzrə satışa çıxarır.

"Kommersant.az" xəbər verir ki, 20 lot üzrə əmlak birinci dəfə, 9 lot üzrə dördüncü dəfə hərraca çıxarılır.

03 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca 8 ədəd bankomat, 2 ədəd generator, 9 ədəd inkasator maşını, Bakıda 1 ədəd qeyri-yaşayış sahəsi, 1 ədəd minik avtomobili, 6 lot üzrə komptyter və rabitə avadanlığı, 1 lot üzrə mebel və texniki avadanlıq, 1 lot üzrə 60 ədəd posterminal satışa çıxarılır.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanında keçiriləcək. Hərraca cıxarılan əmlakın vəziyyəti ilə www.birjanews.az saytında tanış olmaq olar.

Bundan başqa qeyd etmək istəyirik ki, Əmanətlərin Sığortalanması Fondunun Xammal və Əmtəə Birjası vasitəsilə son zamanlar təşkil etdiyi hərraclarda ləğv prosesində olan QSC “BankStandard” KB, “Texnikabank” ASC, “Bank of Azerbaijan” ASC, “Zaminbank” ASC, “Dekabank” ASC və “Royalbank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı satılıb.

Sadalanan ləğv prosesində olan banklara məxsus 17 avtomobil, 5 ədəd bankomat, pul sayan və pul presləyən avadanlıqlar, dörd lot üzrə 340 ədəd mebel və texniki avadanlıq, generator, Bakıda fərdi ev, Qubada qeyri-yaşayış sahəsi və İsmayıllı rayonunda torpaq sahəsi satılıb.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam edir.

(c) Marja