USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vəkil lizinq şirkətinin payçısı oldu

08.08.2018 Bank
0 0
Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Finance Leasing” ASC-dən pay alıb.

"Kommersant.az" xəbər verir ki, bu xəbər şirkətin maliyyə hesabatında göstərilib. Hesabatda ölkənin baş vəkilinin lizinq şirkətinin səhmlərinin 1,5%-nə nəzarət etdiyi qeyd olunub. Qiymətli kağızlar ötən il əldə olunub.

Xatırladaq ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) sabiq icraçı direktoru Azad Cavadov da vaxtilə "Finance Leasing"in səhmdarı olub.

(c) Report