USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Kredit Bürosunun rəhbərliyində dəyişiklik olub

09.08.2018 Bank
0 0
“Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Müşahidə Şurasında (MŞ) dəyişiklik olub.

“Bank Respublika” və “Kapital Bank” ASC-lərin Büronun rəhbərliyindəki nümayəndələri dəyişib.

Belə ki, “Bank Respublika”nın MŞ-nın sədri Şakir Rəhimovu Bankın İdarə Heyətinin (İH) sədr müavini Elnur Həsənov, “Kapital Bank”ın MŞ-nın üzvü Fərid Məmmədovu isə Bankın İH-nin üzvü Cavid Mirzəyev əvəz edib.

Xatırladaq ki, AKB bu il yaradılıb. Onun nizamnamə kapitalı 2 mln. manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank – “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “Paşa Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.

© Report