“MCB Lizinq” QSC 16 iyun 2017-ci il tarixində, 3 il müddətinə dövriyyəyə buraxdığı AZ2002008848 qeydiyyat nömrəli istiqrazlarının gəlirliliyini 29 iyul 2018-ci il tarixindən kəskin azaldıb.
"Kommersant.az" xəbər verir ki, hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd (500 min manatlıq) təmin edilməmiş istiqrazın illik faiz dərəcəsi 18%-dən 13%-ə endirilib.
Faizlərin azaldılması ölkədə maliyyə sabitliyinin təmin edilməsi, bazarda faiz dərəcələrinin aşağı olması ilə bağlıdır.