USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank VTB (Azərbaycan) müştəriləri səyahət qazana bilər

09.08.2018 Bank
0 1
“Yeni nəsil Contact seçir” aksiyası çərçivəsində VTB (Azərbaycan) öz müştərilərinə səyahət sertifikatı qazanmaq imkanı verir. Bunun üçün Contact sistemi vasitəsilə ən azı 250 AZN (və ya digər valyuta ekvivalentində) məbləğində “Pul köçürmə” xidmətindən istifadə etmək lazımdır.

"Kommersant.az" xəbər verir ki, aksiya 30 noyabr 2018-ci il tarixinədək davam edir. Hər ay bir qalib müəyyən edilir. Aksiyanın şərtləri və hədiyyələrin alınması barədə ətraflı məlumatı pul köçürmə sisteminin saytından almaq mümkündür.

Beynəlxalq pul köçürmə sistemi Contact vasitəsi ilə pul vəsaitini həm ölkə daxilinə, həm də xaricə göndərmək olar. Köçürmələr manat, rubl, dollar və avroda həyata keçirilir.