USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığorta vasitəçiləri üçün imtahan keçiriləcək

09.08.2018 Bank
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatası avqustun 10-14-də sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi və sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər üçün attestasiya keçirəcək.

"Kommersant.az" bu barədə Palataya istinadən xəbər verir. "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" qaydalarına əsasən, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət edən şəxslər və sığortaçıda rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan şəxslər attestasiyaya dəvət olunurlar. Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.