"Banklarda kifayət qədər xarici valyuta ehtiyatı var."
"Kommersant.az" xəbər verir ki, bu sözləri Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sözçüsü Elşən Allahverdiyev açıqlamasında deyib. O, bildirib ki, banklar xarici valyutaya olan tələbatı ödəmək üçün kifayət qədər ehtiyata sahibdirlər və Palata tərəfindən dolların nağd şəkildə satışına limit tətbiq edilməyib.
Qeyd edək ki, bu gün Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev banklarda ABŞ dollarının satışına limit qoyulduğunu iddia edən açıqlama vermişdi.