USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya Bankından "blockchain" ilə istiqraz buraxılışı qərarı

13.08.2018 Bank
0 0
"Blockchain" texnologiyasının istifadəsi gündən-günə genişlənməyə davam edir. Son olaraq, Dünya Bankı, "blockchain" platforması üzərindən istiqraz emissiya edəcəyini açıqlayıb. Qurum sözügedən buraxılış ilə bağlı Avstraliya bankı "Commonwealth Bank of Australia"ya (CBA) səlahiyyət verdiyini bildirib.

"Kommersant.az" xəbər verir ki, Dünya Bankından bildiriblər ki, "blockchain"in çoxlu sayda kapital bazarı vasitəçilərini və bu vasitəçilər arasındakı prosesləri nizama salmaq potensialına malikdir. Bu vəziyyətin, kapitalın artırılması və alış-veriş məqsədli qiymətli kağızlara dair prosesləri sadələşdirməyə yardım edəcəyi qeyd edilib. Bunlar ilə yanaşı, bu texnologiyanın istifadəsinin operativ məhsuldarlığı artırmaq və hüquqi nəzarəti inkişaf etdirməyə də kömək edəcəyinə diqqət çəkilib.

CBA ilə ilk "blockchain" texnologiyasına əsaslanan istiqraz buraxılışını həyata keçirməyə hazır olduqlarını bildirən Dünya Bankının Maliyyə İşlər Meneceri Arunma Oteh, CBA-ın öhdəlikləri və layihədəki digər tərəfdaş olan "Microsoft"un təcrübəsinin bu tarixi dönüş nöqtəsinə çatmaqda yardım etdiyini qeyd edib. Həmçinin Oteh, bu üsulun, daha çox səmərəlilik, şəffaflıq və daha tutarlı emissiya prosesləri üçün nümunə olacağını da sözlərinə əlavə edib.

(c) Marja