Rusiyanın maliyyə naziri Anton Siluanov, ABŞ dollarlarının beynəlxalq ticarətdə təhlükəli bir alət halına gəldiyini bildirib.
"Kommersant.az" xəbər verir ki, Siluanov, "Rossiya 1"ə verdiyi müsahibəsində, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları səbəbindən dollar istifadəsini azaldacaqlarını bildirib.
Siluanov, "ABŞ dollarında olan aktivlərə investisiyalarımızı əhəmiyyətli nisbətdə azaltdıq və azaltmağa davam edəcəyik. Dollar əvəzinə də Avro və Çin yuanı kimi pul vahidlərinin istifadəsini artıracağıq. ABŞ dolları beynəlxalq ticarətdə təhlükəli bir alət halına gəldi",- deyib.
Rusiyadakı Amerika şirkətlərinə sanksiya tətbiq etməyi planlaşdırmadıqlarını söyləyən Siluanov, "Çünki bu şirkətlər Rusiya vətəndaşlarını işlə təmin edirlər. Neft ticarətində isə yerli valyutalara keçmə ehtimalını qiymətləndiririk. ABŞ-ın sanksiyaları Amerikalılara geri dönəcək",- ifadələrini istifadə edib.