USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət bankından sərhədçilərə sərfəli kredit - KAMPANİYASI

13.08.2018 Bank
0 0
Azər Türk Bank Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı münasibətilə 13 avqust tarixindən etibarən sərədçilər və bütün güc strukturlarının əməkdaşları üçün kredit kampaniyasına başlayıb.

Bankın mətbuat xidmətindən "Kommersant.az"a daxil olan məlumata görə, kampaniyanın şərtlərinə uyğun olaraq, aylıq məvacibi, yaxud təqaüdü 500-700 manat və ya daha çox olan şəxslərə bank tərəfindən 300 manatdan 20 min manatadək kredit təklif edilir. Kreditin müddəti 3 aydan 36 aya qədərdir. 12 ay müddətinədək götürülən kreditin faiz dərəcəsi 18% səviyyəsində müəyyənləşdirilib. Qeyd edək ki, 5000 manatadək həcmdə kredit zaminsiz verilir.

Kampaniya 1 sentyabr tarixində bitir.

Kampaniyadan Dövlət Sərhəd Xidmətinin əmakdaşları ilə yanaşı, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Ədliyyə işçiləri, Prokurorluq orqanlarının və güc struktur orqanlarından təqaüdə çıxan əməkdaşları da faydalana bilərlər.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.