Bu il iyulun 1-nə olan vəziyyətə görə, "Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla, ölkədə fəaliyyət göstərən 29 bankdan 10-nun aktivləri illik müqayisədə azalıb.
"Kommersant.az" xəbər verir ki, bunlar "Atabank", "AGBank", Pakistan Milli Bankının Bakı filialı, "Access Bank", "Turan Bank", "Unibank", "Amrah Bank", "Yapı Kredi Bank Azərbaycan", "Bank of Baku" və "Bank VTB Azərbaycan"dır. Aktivlərdə ən çox azalma "Bank VTB Azərbaycan"da (69,1%), ən az azalma isə "Atabank" da (1,1%) qeydə alınıb.
Qalan 19 bankın aktivləri isə son 1 ildə artıb. Ən çox artım "Expesss Bank"da (57,1%), ən az artım isə "Azər-Türk Bank"da (1,4%) baş verib.