USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kredit agentliyindən "Azərbaycanın kredit profili" açıqlaması

13.08.2018 Bank
0 0
"Moody's Investors Service" bildirir ki, Azərbaycanın kredit profili (Ba2 sabit) nisbətən yüksək ümumi dövlət borcunun və zəmanətlərinin həcmini, həmçinin kövrək bank sektorunu əks etdirir.

"Kommersant.az" xəbər verir ki, Moody's həmçinin qeyd edib ki, ölkənin böyük maliyyə aktivləri kredit portfelinə əhəmiyyətli dəstək yaradır. Bu böyük aktivlər neft və qaz sektorundan əldə edilən gəlirlər ilə bağlıdır.

Moody's qeyd edib ki, neftin bahalaşması və qaz ixracının artması ÜDM-in artmasını daha da sürətləndirib. Agentlik Azərbaycanda 2018-ci ildə 2%, 2019-cu ildə 2% iqtisadi artım proqnozlaşdırır.


(c) Marja