"Union Lizinq"in lizinq portfeli (lizinq üzrə debitor borcları) azalıb. 30 İyun 2017-ci il tarixində 13 milyon 776 min manat olan portfel 30 İyun 2018-ci il tarixindək 12 milyon 620 min manata düşüb (8,6% azalma).
2016-cı ilin sonunda şirkətin lizinq portfeli 18 milyon 347 min manat təşkil edirdi.
Şirkətin aktivləri isə 13 milyon 837 min manatdan 12 milyon 639 min manata geriləyib.
"Union Liziniq"in kapitalı mənfi zonadadır. Yığılmış zərərə görə kapital 5 milyon 703 min manat kəsirdədir.
Şirkətin 18 milyon 341 min manat öhdəliyinin 13 milyon 717 min manatını uzunmüddətli kredit borcları təşkil edir.
"Union Lizinq" 100% İsmayılov Abdul Rufat oğluna məxsusdur.