USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

14 bankın kredit portfeli azalıb

17.08.2018 Bank
0 0
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 29-u bu il iyulun 1-nə olan vəziyyətə görə, kredit portfelinin illik dinamikası barədə məlumat verib ki, bunlardan da 15-də müsbət dinamika müşahidə edilib.

Bunlar "Bank Silk Vey", "NBC Bank", "Bank BTB", "Rabitəbank", "Ziraat Bank Azərbaycan", "PAŞA Bank", "Express Bank", "Günay Bank", "Bank Respublika", "Naxçıvan Bank", Pakistan Milli Bankının Bakı filialı, "Muğan Bank", "Kapital Bank", "Azər-Türk Bank" və "Nikoyl Bank"dır. Ən yüksək dinamika "Bank Silk Vey"də (45,7%), ən aşağı dinamika isə "Nikoyl Bank"da (4,8%) qeydə alınıb.

14 bankın isə kredit portfeli azalıb. Ən çox azalma "Bank VTB Azərbaycan"da (78,9%), ən az azalma isə "Bank Avrasiya"da (0,4%) olub.

1 bank - "Azərbaycan Beynəlxalq Bankı" isə kredit portfelinin dinamikasını açıqlamayıb.

4 BANKIN KREDİT PORTFELİ 1 MİLYARD MANATDAN ÇOXDUR

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 3-nün kredit portfeli 1 milyard manatdan çoxdur.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 675,969 milyon manat), "Xalq Bank" (1 291,369 milyon manat), "Kapital Bank"dır (1 114,481 milyon manat) və "PAŞA Bank"dır (1 037,236 milyon manat).

Qalan 26 bankdan 19-nun kredit portfeli 100-500 milyon manat arasında, 5 bankın kredit portfeli 10-100 milyon manat arasında, 2 bankın kredit portfeli isə 10 milyon manatdan azdır. Bunlar Pakistan Milli Bankının Bakı filialı (1,2 milyon manat) və İran Milli Bankının Bakı filialıdır (3,308 milyon manat).

© "Renkinq"