USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhalinin banklardakı əmanəti artıb - RƏQƏMLƏR

17.08.2018 Bank
0 0
2018-ci il iyul ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 109,3 milyon manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, əmanətlərin 62,4 faizi xarici, 37,6 faizi isə milli valyutada qoyulub.

Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər isə 0,2 faiz azalıb.

2018-ci il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 105,6 milyon manat təşkil edib, onun 9 milyard 739,8 milyon manatı uzunmüddətli kreditlər olub.


(c) Trend