USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kreditlərin 96%-ni banklar verib - STATİSTİKA

18.08.2018 Bank
0 0
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 105,6 milyon manat təşkil edib.

"Kommersant.az" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, ümumi kredit portfelinin 9 milyard 739,8 milyon manatı və ya 80,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 745,7 milyon manat olub və ümumi kredit portfelinin 14,4 faizini təşkil edib.