USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nağdlaşdırma zamanı komissiya haqqı tutulmayacaq

20.08.2018 Bank
0 0
VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirir.

"Kommersant.az" xəbər verir ki, VTB (Azərbaycan) və Azər Türk Bank bankomat şəbəkəsinin genişləndirilməsi üzrə tərəfdaşlıq sövdələşməsi imzalayıb. İndi bank VTB (Azərbaycan)-nın kart sahibləri pul vəsaitlərini Azər Türk Bank ATM-lərində 0% komissiyası ilə nağdılaşdıra bilər.

Bundan başqa, VTB (Azərbaycan) müştəriləri Azər Türk Bank bankomatlarında olan «Card to Card», parolun alınması, 3D Secure, SMS-xəbərdarlıq kimi əlavə xidmətlərdən də istifadə edə bilər. Hazırda VTB (Azərbaycan) kart istifadəçiləri ölkə ərazisində PASHA Bank, NIKOIL Bank, Azər Türk Bank kimi yerli bankların 70-dən çox bankomatlarından yararlana bilər.

Eləcə də VTB (Azərbaycan) Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı VTB qrupun banklarına aid bankomatlarından pul vəsaitlərin banklararası komissiya tutulmadan nağdlaşdırılma xidmətini təklif edir.