“FİNOKO” BOKT ASC 2018-ci ilin sonunadək 14 nəfəri işə qəbul etməyi planlaşdırır.
"Kommersant.az" ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ilin sonunda "FİNOKO" bank olmayan kredit təşkilatının işçilərinin sayı 30, 2018-ci ilin birinci yarısının sonunda isə 32 nəfər olub. İlin sonunadək isə işçilərin sayının 46 nəfərə çatdırılması planlaşdırılır.
Əlavə edək ki, 2017-ci ildə "FİNOKO" BOKT ASC tərəfindən "Union Kredit" MMC BOKT satın alınıb.
"FİNOKO" BOKT ASC Əliyev Elçin Rəşid oğluna (50%) və Əliyev Elmar Rəşid oğluna (50%) məxsusdur.