USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu bankların depozit portfeli azalıb

21.08.2018 Bank
0 0
Bu il iyulun 1-nə olan vəziyyətə görə, "Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla, ölkədə fəaliyyət göstərən 29 bankdan 8-nin depozit portfeli illik müqayisədə azalıb.

Bunlar "Xalq Bank", "Unibank", "AGBank", "Turan Bank", "Yapı Kredi Bank Azərbaycan", Pakistan Milli Bankının Bakı filialı və"Bank of Baku"dur. Ən çox azalma "Bank of Baku"da (45,4%), ən az azalma isə "Xalq Bank"da (0,7%) qeydə alınıb.

1 bankda - "Bank Avrasiya"da depozit portfeli dəyişməyib.

Qalan 20 bankın depozit portfeli isə son 1 ildə artıb. Ən çox artım "Bank Silk Vey"də (2,6 dəfə), ən az artım isə "Atabank"da (8,4%) baş verib.

ABB depozit portfelinin dinamikasını açıqlamayıb.

4 BANKIN HƏR BİRİNİN DEPOZİT PORTFELİ 1 MİLYARD MANATDAN ÇOXDUR

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün depozit portfeli 1 milyard manatdan çoxdur.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (3 791,38 milyon manat), "PAŞA Bank" (3 253,678 manat), "Kapital Bank" (2 821,509 manat) və "Xalq Bank"dır (1 221,622 milyon manat).

Qalan 26 bankdan 3-nün depozit portfeli 0,5 - 1 milyard manat arasında, 15 bankın depozit portfeli 100 - 500 milyon manat arasında, 6 bankın depozit portfeli 10 - 100 milyon manat arasında, 2 bankın depozit portfeli isə 10 milyon manartdan azdır. Bunlar Pakistan Milli Bankının Bakı filialı (462 min manat) və İran Milli Bankının Bakı filialıdır (4,436 milyon manat).

© "Renkinq"