USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (Yanvar-iyul, 2018)

21.08.2018 Bank
0 0
Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-iyul ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

"Kommersant.az" Birjaya istinadən xəbər verir ki, renkinqə 4 168 mln. manatlıq göstərici ilə "Paşa Kapital İnvestisiya Şirkəti" başçılıq edir.

Növbəti yerlərdə 3 216 mln. manatla "Unicapital İnvestisiya Şirkəti", 2 872 mln. manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 2 844 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 903 mln. manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 354 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Paşa Kapital 4 168 252 001,36
2 Unicapital 3 215 646 244,88
3 İnvest-Az 2 872 241 250,21
4 AzFinance 2 844 466 444,86
5 Xalq Kapital 903 213 606,71
6 PSG Kapital 254 341 800,97
7 Kapital Menecment -

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

(c) Report