21 avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104007684 ISIN-li, 35 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 88.5514 AZN (13.0720%) və 92.3749 AZN (8.3459%) olan 21 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən keçirilmiş hərracın gəlirlilik dərəcələri Emitenti qane etmədiyi səbəbindən hərrac baş tutmamış hesab edilmişdir.