USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığorta lisenziyası üçün attestasiya keçiriləcək

22.08.2018 Bank
0 0
Avqustun 24-də Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi ilə müraciət edən şəxslər üçün attestasiya keçirəcək.

"Kommersant.az" MBNP-nin yaydığı məlumata istinadən xəbər verir ki, "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" qaydalarına əsasən müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət etmiş şəxslər attestasiyaya dəvət olunurlar.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Report