28 avqust 2018-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü
Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu
AZ0106014696
Emissiya həcmi
15 000 000 AZN
Nominal dəyəri
100 AZN
İstiqrazların tədavül müddəti
1092 gün
Faiz ödənişləri (olduqda)
2019-cu il 26 fevral, 2019-cu il 27 avqust, 2020-ci il 25 fevral, 2020-ci il 25 avqust, 2021-ci il 23 fevral, 2021-ci il 24 avqust
Faiz gəliri
9 %
Ödəmə tarixi
24.08.2021
Anderrayter
Paşa Kapital İŞ QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.