24 Avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101170S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 26 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
"Kommersant.az" Birjaya istinadən xəbər verir ki, hərrac zamanı 11 investor tərəfindən qiyməti 99.3899 AZN (8.5%) ilə 99.4251 AZN (8.01%) arasında olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 368 115 900 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4251 AZN (8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində yerləşdirilmiş istiqrazların ortaçəkili qiyməti 99.4251 AZN (8.01%), istiqrazların yerləşdirilmiş həcmi isə 250 000 000 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 19.09.2018.
Müqayisə üçün qeyd edək ki, 8 Avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdi.Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 27 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 704 697 800 AZN olmuşdu.