USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankın 650 min manatlıq əmlakı hərraca çıxarılır

25.08.2018 Bank
0 0
Hərracın sifarişçisi: Əmanətlərin Sığortalanması Fondu. Hərracı təşkil edən təşkilatın adı – “Külək” MMC 01/51K lot üzrə.

"Kommersant.az" xəbər verir ki, əmlak qeyri-yaşayış sahəsidir və ləğv prosesində olan “Texnikabank” ASC-nın kredit təminatı qismində balansa götürülmüş əmlakdır.

Qeydiyyat nömrəsi 1110057764, qeydiyyat tarixi 19.08.2010 olan çıxarışa əsasən qeydə alınıb. Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 39 ünvanda yerləşən qeyri yaşayış sahəsi (ümumi sahəsi 119,8 kv.m, 0,0694 ha torpaq sahəsi).

Qeyd olunan qeyri-yaşayış sahəsinin yararlılığı və hazırki vəziyyəti barədə ətraflı məlumat tələb olunduqda təyin olunmuş xüsusi mütəxəssislə görüş təyin edib, əmlakların yerləşdiyi ünvana gedərək əsas vəsaitlərə baxış keçirmə barəsində dolğun məlumat, həmçinin yaranan suallarla bağlı 941 nömrəli qaynar xətti ilə əlaqə saxlamaq mümkündür.

İlkin satış qiyməti: 650 130 man,

hərrac addımının məbləği 1% – 6501 man,

hərracda iştirak haqqının məbləği 2% – 5000 man,

behin məbləği 5 % - 32507 man,

(Beh məbləği 03.08.2018-24.08.2018 kimi qəbul olunur).

Hərracda iştirak haqqının, beh məbləğinin və qeyri-yaşayış sahəsinin satış məbləğinin köçürüləcəyi bank hesabları (Adı: Azərbaycan Respublikasının Mərkəzi Bankı, Kod:501004, VÖEN:9900071001, M/H:AZ74NABZ01451700000000001944, S.W.İ.F.T BİK NABZAZ2C, Adı:Ləğv prosesində olan “Texnikabank” üzrə, hesab AZ36NABZ01350100000000021944, VÖEN:9900000681) və ya (Adı: “Kapitalbank” ASC Nərimanov filialı, Kod:200093, VÖEN:9900003611, M/h:AZ37NABZ01350100000000001944, H/H: AZ27AIIB38030019443905385109, S.W.İ.F.T AIIBAZ2X)

Hərrac açıq formada Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh, ünvanda 03.09.2018-ci il tarixində saat 11:00 da keçiriləcək.

tel:566-70-25, 566-79-67.http: birjanews.az (http://adif.az/doc/herracnew.pdf)

Fiziki şəxslərin şəxsiyyət vəsiqəsi; Hüquqi şəxslərin təsisçi sənədləri bank rekvizitləri,

Hərracı udmuş şəxs alış qiymətini 5 bank günü müddətində Sifarişçinin depozit hesabına ödəməlidir.