USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı-Yalama üçün 325 milyon dollar borc alınacaq

25.08.2018 Bank
0 0
2018–2025-ci illərdə prioritet hesab edilən layihələr üzrə dövlətin həyata keçirəcəyi yeni birbaşa xarici dövlət borcalmalarının 2 milyard 75 milyon ABŞ dolları olacağı proqnozlaşdırılır.

"Kommersant.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"da deyilir.

Sənəddə qeyd olunur ki, birbaşa xarici dövlət borcu üzrə proqnozlaşdırılan yeni borcalmaların 325 milyon dollarının "Azərbaycan Dəmir Yolları" QSC-nin sağlamlaşdırılması və Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi məqsədilə Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyindən cəlb olunması nəzərdə tutulur.

(c) Marja