USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankda müvəqqəti problem aradan qaldırılıb

27.08.2018 Bank
0 0
“Günay Bank”ın filialında 1000 ABŞ dollarından çox vəsaitin bank tərəfindən alışı 1 saat dayandırılıb.

“Kommersant.az”a daxil olan məlumata görə, “Günay Bank”ın Xırdalan şəhərində yerləşən 6 saylı filialında dollar alışında müvəqqəti fasilə yaranıb.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası açıqlama verərək bildirmişdi ki, vətəndaşlar banklardan istənilən qədər xarici valyuta mübadiləsi edə bilər. "Günay Bank" da müvafiq bildiriş çərçivəsində yaranmış problemi qısa zaman ərzində aradan qaldırıb.

Bildirək ki, hazırda "Günay Bank"da valyuta mübadiləsində heç bir problem yoxdur.