"NBC Bank" nağd pul üçün 8% endirim adı altında müştərilərini aldadır.
"Kommersant.az" xəbər verir ki, sözügedən bank "Yay Kampaniyası" adı altında nağ pul kreditinə 8% endirim edib. 36 ay müddətinə 15 min manatlıq nağd pul kreditinin illik faizini 23%-lə təklif edən bank, kampaniyadan əvvəl sözügedən krediti 28% illik faiz dərəcəsi ilə müştərilərinə təklif edib. Bu isə bankın 8% deyil, 5% -lik (3%-lik yalan) endirim etdiyini göstərir. Bank rəqəmləri süni şəkildə şişirdərək müştəri cəlb edərək insanları aldadır.
Bundan başqa xidmət haqqının 3% təşkil etdiyi kampaniya başlamazdan əvvəl də sözügedən kredit üçün xidmət haqqı 3% təşkil edib. Yəni, "NBC Bank" göstərdiyi rəqəmlərdəki 3% -lik yalanı da xidmət haqqına endirim edərək qapadmağa çalışmayıb.