2018-ci il noyabrın 15-16-da Azərbaycan Banklar Assosiasiyası tərəfindən“Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” mövzusundaIII Bankçılıq Forum-Sərgisi keçiriləcək.
"Kommersant.az" xəbər verir ki, forumun məqsədi maliyyə texnologiyaları, blokçeyn, kriptovalyuta və digər yeniliklərin, bu texnologiyaların inkişafı ilə əlaqədar meydana çıxan təhlükəsizlik məsələlərinə dair cari və gələcək tendensiyaları müzakirə etmək üçün platforma olmaqdır. Forum, həmçinin müvafiq tərəfdaşların məlumatlandırılmasına dəstək olmaq, maliyyə qurumları və digər şirkətlər tərəfindən uzunmüddətli vizyonun formalaşdırılmasına və texnologiyaların tətbiqinin asanlaşdırılmasına töhfə verməyi nəzərdə tutur.
Tədbirdəmaliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının yuxarı menecmenti, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edəcək.