USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Palata tərəfindən nəticələr açıqlandı

29.08.2018 Bank
0 0
Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 4 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

"Kommersant.az" xəbər verir ki, 24 avqust 2018-ci il tarixində sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.

Qeyd edək ki, "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.