USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

29.08.2018 Bank
0 0
Avqustun 29-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "Kommersant.az"-a bildiriblər ki, hərrac zamanı 9 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01 faiz) olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 347 460 600 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində yerləşdirilmiş istiqrazların ortaçəkili qiyməti 99.3812 AZN (8.01 faiz), istiqrazların yerləşdirilmiş həcmi isə 200 milyon AZN təşkil edib.

Notlar sentyabrın 26-da ödəniləcək.