USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ləğvetmə prosesində olan bankın kreditorları iclasa dəvət olunub

30.08.2018 Bank
0 0
Əmanətlərin Sığortalanması Fondu ləğvetmə prosesində olan bankın kreditorları ilə birgə iclas keçirəcək.

"Kommersant.az" xəbər verir ki, 3 sentyabr saat 15.00-da Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) binasında (Babək prospekti, 16) "Bank Standard"ın Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək. İclasda bankın ləğvetmə prosesi (II rübün nəticələri), habelə onun müflisləşməsində təqsirləri ehtimal olunan şəxslərə (Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, “KPMG” audit şirkəti və s.) qarşı məhkəmə prosesləri müzakirə olunacaq. Kreditorlar və mətbuat dəvətlidir. İclasa ƏSF rəhbəri Vüqar Abdullayev də dəvət olunub.