“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank" ASC-nin qiymətli kağızları Birjanın standart bazar seqmentində listinqə daxil edilib.
"Kommersant.az" "Bakı Fond Birjası"-na istinadən xəbər verir ki, səhmlərin ticarətinə sabahdan başlanacaq. Səhmlərin hər birinin nominal dəyəri 12,39 manat təşkil edir. Bankın 3 228 410 ədəd imtiyazlı, adlı, sənədsiz səhmi satışa çıxarılır .
Səhmlərin yerləşdirməsi üzrə anderayter “PAŞA Kapital İnvestisiya şirkəti” QSC-dir.
Eyni zamanda "Kapital Ban" hazırda tədavüldə olan adi, adlı, sənədsiz səhmləri də Listinq Komitəsinin qərarı ilə standart bazar seqmentinə daxil edilib.