USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Problemli kreditlərlə “can verən" banklar hansılardır?

30.08.2018 Bank
0 0
Konstitusiya Məhkəməsi əhalinin leyhinə qərar verərsə, banklar vəziyyəti qənaətbəxş olmayacaq.

“Kommersant.az” xəbər verir ki, 2015-ci il və 2016-cı ildə Azərbaycanda devalivasiyadan sonra banklar və əhali (dollar krediti olanlar) arasında 3 ildir ki, soyuq mübarizə davam edir.

Xatırladaq ki, bu məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin (“Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi”) şərh edilməsini xahiş edib.

Əgər bu məsələdə Konstitusiya Məhkəməsi əhalinin lehinə qərar verərsə bankların işi heç də asan olmayacaq. Konstitusiya Məhkəsinin bankların əleyhinə qərar verərsə bu zaman bankın gəlirlərində 54%-dən çox azalma baş verəcək.

Problemli kreditlərlə “can verən banklar” hansılardır?

Bu məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov redaksiyamıza bildirib ki, dollar krediti ilə bağlı problem yaşayan banklar “AccessBank”, “Uni Bank”,“Bank of Baku”, “Bank VTB (Azərbaycan)”, “Nikoil Bank”-dır. O, əlavə edib ki, bu banklar əlindən gələni edəcəklər ki, Konstitusiya Məhkəməsi bankların lehinə qərar versin.