USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Express Bank” kredit verilməsini dayandırıb

31.08.2018 Bank
0 0
“Express Bank” min manatlıq rəsmi əmək haqqı alan müştəriyə nağd pul kreditinin verilməsinə baxa bilir.

“Kommersant.az” xəbər verir ki, “Express Bank” nağd pul kreditlərinin ABŞ dolları ilə verilməsini dayandırıb.

Bankdan aldığımız məlumata görə, əgər müştərinin bankda əmanəti varsa, o zaman dollar kreditlərinin verilməsinə kredit mütəxəssisləri tərəfindən baxıla bilər.

Bundan başqa sözügedən bankdan manat krediti almaq istəyən müştərilərin rəsmi əmək haqqları 1000 manatdan yuxarı olarsa, o zaman 7 min manatdək kreditin verilməsinə baxıla bilər.