Dünya kriptovalyuta bazarında bu saatlara olan qiymətlər açıqlanıb.
"Kommersant.az" xəbər verir ki, 31 avqusta olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 52-si kəskin ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan "bitcoin" son sutka ərzində 0,22% ucuzlaşaraq 6997 dollar olub.
Eyni zamanda, "bitcoin cash" və "etherum" ucuzlaşıb. Belə ki, "bitcoin cash" 1,17% azalaraq 541 dollar, "etherum" isə 1,18% geriləyərək 282 dollar təşkil edib.
Qeyd edək ki, son bir həftə ərzində isə "bitcoin" 607 dollar və ya 9,46% bahalaşıb.