Problemli kreditlərlə mübarizə aparan bankların vəziyyəti qənaətbəxş deyil.
“Kommersant.az” Mərkəzi Bankın iyun ayı üzrə açıqladığı hesabata əsasən xəbər verir ki, banklarda xarici valyuta ilə vaxtı keçmiş kreditlərin həcmi 909 milyon manat təşkil edir.
Bankların gəlirləri necə azala bilər?
Belə ki, Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin (“Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi”) şərh edilməsini xahiş edib. Əgər Konstitusiya Məhkəməsi Bankların əleyhinə qərar verərsə, bankların gəlirlərində azalma olacaq. Belə ki, 909 milyon manat problemli dollar kreditlərinin əhali tərəfindən 1,702 məzənnə ilə deyil, 0,78 məzənnə ilə ödənişi olunduğu halda banklar ümumilikdə 498 milyon manat itirə bilər ki, bununla da banların gəlirləri 54% azala bilər.