Sığorta bazarında həyatın yaşam sığortası üzrə artım müşahidə olunur.
"Kommersant.az" Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta üzrə açıqladığı icmala əsasən xəbər verir ki, sığorta bazarında artım qeydə alınıb. Belə ki, sığorta sinifləri üzrə ən yüksək artımlardan biri də həyatın yaşam sığortası olub.
Sığorta sinifləri üzrə 2018-ci ilin yanvar-iyul ayları üçün açıqlanan göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% artım olub. 2018-ci ilin yanvar-iyul aylarında həyatın yaşam sığortası üzrə sığorta haqları 152 milyon 882 min manat, sığorta ödənişləri isə 61 milyon 798 min manat təşkil edib. Halbuki, 2017-ci ilin yanvar-iyul aylarında həyatın yaşam sığortası üzrə sığorta haqları 79 milyon 771 min manat edib ki, bu da 92% artım deməkdir. Lakin sığorta ödənişlərində azalma qeydə alınıb.