Cari ilin avqust ayının 20-dən etibarən "Amrahbank" ASC depozit faizlərini yeniləyərək öz müştəriləri üçün daha da cəlbedici etdi.
Bankdan "Kommersant.az"-a verilən məlumata görə, milli valyuta üzrə “Lider” və “Güvən” əmanət növlərinin faiz dərəcələri 13,5%-dək, “Avans” əmanətinin faiz dərəcəsi isə 11%-dək artırılıb.
Bu gün “Amrahbank”ın bazara təqdim etdiyi əmanətlər və onların şərtləri, gəlirlilik və etibarlılığın ən yaxşı göstəricisi hesab edilə bilər.
Hazırda “Amrahbank”da milli valyuta ilə həm illik gəlirlərin götürülmə müddətindən (aylıq, rüblük, yarımillik, illik, müddətin sonunda), həm də əmanətin müddətindən asılı olaraq müştərilərə 13,5%-ə qədər illik gəlir təklif olunur.
Qeyd edək ki, “Amrahbank”da yerləşdirilən bütün növ əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.